“Müdafiə Xətti” iyulun 1-də aksiya keçirəcək

"Müdafiə Xətti" təşkilatının rəhbəri Rüfət Səfərov bu barədə məlumatı özünün facebook səhifəsində yayıb. O, keçirilməsi planlaşdırılan aksiyanı aşağıdakı səbəblərlə əsaslandırıb:
“Müdafiə Xətti” olaraq sabahkı aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə formal da olsa, müraciət etmişik.
Cavab bəri başdan bəllidir-razılıq verilməyəcək.
Amma bunun bizimçün əhəmiyyəti yoxdur.
Sabah saat 16-00-da Məhkəmə-Hüquq Şurasının qarşısında (Bakı Apellyasiya Məhkəməsinin yanı, Zahid Xəlilov-540) açıq və ədalətli məhkəmə tələbilə etiraz aksiyası keçirəcəyik.
Tələblərimizi səsləndirəcəyik, qətnaməmizi oxuyacağıq, əgər Məhkəmə-Hüquq Şurasının Aparatından şəxsən dinləmək istəsələr, görüşüb naraharahtçılığımıza səbəb olan hüquqi məsələləri bildirəcəyik və gəldiyimiz yerlərə dönəcəyik.
Polis əməkdaşlarına müraciət edirik ki, təhlükəsizliyimizi təmin edib, aksiyanın keçirilməsinə əngəl olmasınlar.
P.S. Mövzudan məlumatsız olanlarçün dünənki postu yenidən rəydə yerləşdirirəm.