"Müdafiə Xətti" həmtəsisçiləri Fransa səfirliyində görüş keçirib

Bu gün Mudafiə Xətti İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Fransa Respublikasının ölkəmizdəki səfiri Gross Zacharie ilə görüşüb.
Görüşdə ölkədəki ictimai-siyasi durum, o cümlədən son dövrlər dərinləşən repressiv mühit müzakirə olunub.
Görüşün əsas müzakirə mövzusu siyasi məhbus Saleh Rüstəmlinin 24-cü gündür ki, keçirdiyi aclıq aksiyası və onun irəli sürdüyü tələblər olub. Müdafiə Xətti səfirdən məsələni diqqətdə saxlayıb, hökumətin aiddiyəti qurum və vəzifəli şəxsləri qarşısında məsələ qaldırılması xahiş olunub.
 
Azadlıq.