Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını təsdiqlədi

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

 

Müdafiə Nazirliyindən bununla bağlı APA-ya bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.

 

Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

 

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.