Müdafiə Naziri orduya əmr verdi

Müdafiə naziri Zakir Həsənov ordunun komandir-rəis heyətinə Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının dərhal alınmasını əmr edib.

Bu barədə avqusutun 2-də Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir.

Məlumata görə, Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib.

Müşavirə zamanı son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.