MTRŞ-da yeni vəzifə yaradılacaq

Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.

 

Bunu şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib. 

 

O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

 

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.

 

Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.(Report)