Məscid axundundan islamofob caniyə qarşı insani rəftar

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatından olan axund məscidə hücum etmiş vandala təsir etmək üçün qeyri-adi yol tapmaq qərarına gəlib.

Qeyd edək ki, müsəlman ibadətgahı bir həftə öncə hücuma məruz qalıb. İslamofob kişi məscidin girişindəki şüşə qapını sındırıb. Cani müşahidə kameralarına düşüb.

Məscid imamı Şəmşad Nasir gözlənilməz xahişlə həmin cinayətkara müraciət edib.

Biz onu və oxşar tərzdə düşünən digərlərini məscidimizə dəvət etmək istəyirik. Qapılarımız açıqdır. Gəlin, sevinclə sizinlə söhbət edərik“, – deyə din xadimi bildirib.

Qeyd edilib ki, əgər həmin şəxs həbs edilərsə, məscid rəhbərliyi onu bağışlamağa hazırdır.

Onun sözlərinə görə, yerli sakinlər baş verən xoşagəlməz hadisədən sonra müsəlman icmasına öz dəstəklərini ifadə ediblər.

İnsanlar güllər, çoxlu məktublar və mesajlarla məscidə üz tutublar.