Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  may ayının 1-nə 5 mlrd. 465,8 mln. ABŞ dolları təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 846,5 mln. dollar və ya 18,33% çoxdur. Mart ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 42,2 mln. dollar və ya 0,77% azalıb.

Facebook