Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Yunanıstan "Olimpiakos"unun futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumu ciddidir.

Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı forvard ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.