Mərakeşin bəzi şəhərlərində İsraillə əlaqələri rəsmiləşdirməyə qarşı etiraz aksiyaları keçirilib (VİDEO)

Mərakeşin bir sıra şəhərləri ötən gecə İsraillə münasibətləri rəsmiləşdirməyə qarşı etiraz aksiyalarının şahidi olub.

SalamNews xəbər verir ki, Mərakeşin beş böyük şəhərində İsraillə münasibətləri rəsmiləşdirməyə və İsrail müdafiə nazirinin ölkəyə səfərinə etiraz əlaməti olaraq izdihamlı aksiyalar keçirilib.

Polis paytaxt Rabatda eyni məqsədlə keçirilən aksiyaların qarşısını alıb.

Aksiyalara Mərakeşin müxalifət partiyaları və ictimaiyyətin müxtəlif nümayəndələri qatılıblar.

Aksiyalarda “Fələstin əsas hədəfimiz”, “münasibətləri rəsmiləşdirmək xəyanətdir” kimi şüarlar səsləndirilib.

Qeyd edək ki, Mərakeş ötən il İsraillə münasibətlərini rəsmiləşdirib. İsrailin müdafiə nazirinin ötən həftə Mərakeşə səfəri zamanı iki ölkə arasında hərbi razılaşma imzalanıb.