Mourinyo İtaliyaya qayıda bilər

Mourinyo İtaliyaya qayıda bilər

Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Son klubu İngiltərə təmsilçisi “Mançester Yunayted” olan 56 yaşlı çalışdırıcı “İnter” və “Roma” ilə danışıqlar aparır.

Növbəti mövsümdən işə başlamaq niyyətində olan J.Mourinyo 2008-10-cu illərdə rəhbərlik etdiyi Milan klubuna güzəştə də hazırdır. O, iki çempionluq, kubok, Superkubok və Çempionlar Liqası qazandırdığı “İnter”dən 10 milyon avro əvəzinə 8 milyon avro da almağa razıdır.

 

Vaxtilə bu klubda portuqaliyalının rəhbərliyi altında çıxış edən, indi isə vitse-prezident olan Xavyer Zanetti J.Mourinyonun qayıdışını təşəbbüskarlarındandır. Klubun baş direktoru Cüzeppe Marotta isə Antonio Kontenin baş məşqçi postuna gətirilməsini istəyir.

Qeyd edək ki, Portuqaliyada “Benfika”, “Leriya”, “Portu”, həmçinin “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “İnter”də (İtaliya) baş məşqçi olmuş J.Mourinyo “Mançester Yunayted”dən 2018-ci ilin dekabrında ayrılıb.

Facebook