EURO 2,0115 NEFT 77,93
USD 1,7 RUB 0,0273
Moskvada “26 noyabr” koalisiyasının tədbiri keçirilib - FOTO - VİDEO

Moskvada “26 noyabr” koalisiyasının tədbiri keçirilib - FOTO - VİDEO

26 iyun tarixində Rusiyanın paytaxtı Moskva şəhərində “26noyabr” koalisiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd 2015-ci ildə Nardaranda baş vermiş hadisənin mahiyyətinin cəmiyyətə aşılanması olub.

Operativ.TV xəbər verir ki, tədbirdə hüquqşünaslar, jurnalistlər və bir sıra din adamları iştirak ediblər.

Bundan əlavə tədbirdə Fələstin, Nigeriya, Suriya, Yəmən və Azərbaycanla yanaşı bütün dünyada baş verən zülmlərdən danışılıb.

Qeyd edək ki, “26 noyabr” koalisiyasının yaradılması təşəbbüsünü Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadə irəli sürüb.

İlahiyyatçı Nardaran hadisələrində həbs olunmuş şəxslərin hüquqlarının müdafiəsi, onların ailələrinə diqqətin artırılması və Nardaranda baş verən hadisələrin əsl mahiyyətinin işıqlandırılması məqsədi ilə koalisiya yaradılmasına çağırış etmişdi.

 

Facebook