Monqolustan prezidenti koronavirusa görə karantinə salındı

Pekinə bir günlük səfərindən sonra Monqolustan Prezidenti Xaltmaaqiin Battulqa iki həftəlik karantinə yerləşdirilib. Bu barədə "Monsame" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, fevralın 27-də ÇXR-dən Ulanqala şəhərinə gəldikdən sonra Monqolustan lideri və onu müşayiət edən bütün rəsmilər Çingiz xan Beynəlxalq Hava Limanında virus testindən keçiblər. Sonra onlar həkimlərin nəzarətində olmaq üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərildilər.

 

Haltmaaqiin Battulqa Çin xalqına dəstək olaraq, iki ölkə arasında qarşılıqlı etimadı gücləndirmək üçün "qarşılıqlı səfərlərin tezliyini ən yüksək səviyyədə saxlamaq" məqsədilə Çinə səfər edib.