Moldovanın DİN başçısı koronavirusa yoluxdu

Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirusa yoluxub. Operativ.tv bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib.

“Xəstəxanaya yerləşdirilmə mənə lazım olmadı, amma hazırda evdə özümü təcrid etmişəm. Sağlamlıq vəziyyətim qənaətbəxşdir”, - DİN başçısı yazıb.

 

Voykunun sözlərinə görə, bu, onun rəhbərlik etdiyi nazirliyin işinə təsir etməyəcək.