Moldovanın baş naziri dumana görə Kişinyov əvəzinə Buxarestə gəlib

Moldovanın baş naziri İon Kikunun təyyarəs şiddətli duman səbəbindən Kişinyovda deyil, Buxarestdə eniş etmək məcburiyyətində qalıb.

 

"Kişinyova tələsən digər insanlarla birlikdə əlverişli hava gözləyirik. İnsanlar nə qədər inkişaf etsə də təbiət daha güclüdür. Kişinyovdakı duman təyyarəmizin enişinə mane olub və biz Buxarestdə enməyə məcbur olduq", -  baş nazir Faceboo hesabında yazıb. 

 

Hadisə ilə əlaqədar olaraq, Moldova baş naziri qeyd edib ki, sərnişinlərin yeganə hava limanının müvəqqəti bağlanması səbəbindən bu cür narahatlığa məruz qalmamaları üçün ölkədə yeni hava limanlarının inşasını hökumətinin vəzifələrindən biri kimi görürr. "Hava limanı ölkənin qapısıdır və yalnız bir darvaza olduqda təhlükəlidir", - Kiku vurğulayıb.

 

Qeyd edək ki, Moldovanın baş naziri İtaliyada keçirilən Avropa Təşəbbüsü Hökumət Başçılarının zirvəsində iştirak etdikdən sonra "Air Moldova" aviaşirkətiyə məxsus təyyarə ilə Kişinyova qayıdırdı.