Modul tipli təmizləyici qurğuların vəziyyəti yoxlanılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlayıb.

Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, insanların təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir çox kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılıb. Hazırda bu qurğulara “Azərsu” ASC tərəfindən xidmət göstərilir:

“Modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlanılıb. Qurğuların vəziyyəti ilə bağlı monitorinqlər keçirildikdən sonra nəticələr hökumətə təqdim olunacaq".