Məntəqə sədri: "Gedin Məzahir Pənahovdan soruşun"

Məntəqədə kamera yoxdur
 
Nizami Rayon 24 saylı Seçki Dairəsinin 13 saylı məntəqəsində müşahidəçilərə çəkiliş aparmağa icazə verilmir. 
 
Bu barədə həmin məntəqədən olan müşahidəçilər məlumat veriblər. 
 
Onların sözlərinə görə, məntəqədə İTV-yə çəkiliş aparmağa icazə versələr də, müşahidəçiyə icazə verilməyib. 
 
O, məntəqə sədri Mütəllimova Şəhlaya müraciət etsə də, sərt qarşılanıb: "Məntəqəmdə kamera yoxdur, çəkiliş də yoxdur. Mən çəkilişə icazə vermirəm. Kamera niyə yoxdursa, bilmirəm. Gedin Məzahir Pənahovdan soruşun", - deyə bildirib.
 
Müşahidəçi MSK "Qaynar-xətti"nə zəng edib. 
 
MSK-dan bildiriblər ki, müahidəçilər məntəqə sədri ilə razılaşdırılmış şəkildə çəkilişlər edə bilərlər.