MN: Son vaxtlar sərhəddə baş verən gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Bu gün Ermənistanla sərhəddə baş verən silahlı insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Qeyd olunub ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.