MN: Goranboy və Tərtər artilleriya atəşinə tutulub

Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində əməliyyatların davam etdiyi bildirilir

Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09:25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, göstərilən tarixdə döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib.