Əmmar Həkim: Fələstin xalqı öz hüquqlarından əl çəkməyəcək

Operativ.tv Rasthaber-ə istinadən İraq Milli Hikmət Hərəkatının lideri vurğulayıb ki, Fələstin xalqı öz haqlarını tələb etməkdən əl çəkməyəcək. Cümə günü sionist rejim Qəzzə zolağının müxtəlif məntəqələrini hava hücumları ilə hədəfə alıb və bu zərbələr zamanı beş yaşlı uşaq da daxil olmaqla azı 10 fələstinli həlak olub, 80 nəfər yaralanıb. Sionist müvəqqəti rejimin Qəzza zolağına hücumlarına cavab olaraq, Fələstin müqavimət qrupları cümə günü axşam raket hücumları ilə Qəzzə və Təl-Əvivin cənubundakı yaşayış məntəqələrini hədəfə alıblar. İraq Milli Hikmət Hərəkatının Rəhbəri Seyid Əmmar Həkim sionist rejimin Qəzzada törətdiyi cinayətlərə etirazını bildirib.