MM-də insan alverinə qarşı mübarizə müzakirəyə çıxarılacaq

Milli Məclisə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı daxil olub.

APA-nın məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.