Məktəbi dezinfeksiya edən həmin qadınla bağlı açıqlama

Təhsil Nazirliyi Göyçay rayon 7 nömrəli məktəbdə dezinfeksiya işləri aparılan zaman çəkildiyi qeyd olunan fotoya münasibət bildirib.

 

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məsələ hazırda araşdırılır.

 

“Həmin fotonu görmüşük. Məsələ ilə bağlı araşdırma aparılır. Dezinfeksiya işləri müvafiq qurumlar tərəfindən aparılır. Güman etmək olar ki, bu, həmin məktəbdə təmizlik işləri aparan işçinin şəxsi təşəbbüsüdür”, - deyə qurum rəsmisi vurğulayıb.