Məkkədə tanınmış futbolçunun adına məscid tikiləcək

“Liverpul”un futbolçusu Məhəmməd Salaha Səudiyyə Ərəbəstanında torpaq sahəsi hədiyyə olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Məkkə şəhərinin bələdiyə sədrinin köməkçisi Fəhd Əl Rovki açıqlama verib. O, misirli futbolçunu qürurlandırmaq istədiklərini bildirib:

“Salahı qürurlandırmağı düşünürük. Əgər qanunlara uyğun olsa, Məkkədə ona torpaq sahəsi verə bilərik. Başqa seçimimiz isə şəhərdə Salahın adına məscid inşa etməkdi”.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 47 qarşılaşmada 42 qol vurub.