Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub

Gürcüstan Prokurorluğu ölkə Cinayət Məcəlləsinin 344 -cü maddəsinin birinci hissəsinə əsasən, Gürcüstanın məhkum edilmiş Mixeil Saakaşviliyə qarşı dövlət sərhədini qanunsuz keçmə faktı üzrə ittihamın irəli sürülməsi barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, Gürcüstan Prokurorluğundan bildirilib ki, Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı araşdırmalarını davam etdirir. Bütün zəruri prosessual və istintaq hərəkətləri aktiv rejimdə aparılır.