Misirdə məscidin açılışında xristianlar da iştirak etdilər

Az.shafaqna.com “Akhbar Elyom”-a istiandən xəbər verir ki, Misirin Qəna əyalətinin Fərşut şəhərində yerləşən məscidin açılışında xristianlar da iştirak ediblər.

“Ər-Rəhman” məscidi restavrasiya işlərindən sonra yenidən istifadəyə verilib.

Bərpa işlərinin xərcləri şəhər sakinləri tərəfindən qarşılanıb.

Mərasimdə Fərşut Vəqflər Şöbəsinin başçısı, əl-Əzhar universitetindən alimlər və Qibti Pravoslav Kilsəsinin keşişləri də iştirak ediblər.

Şəhər rəhbərliyi xristianların da bu tədbirdə iştirakını alqışlayıb və bunu iki din nümayəndələri arasındakı birlik və qardaşlığın rəmzi adlandırıb.