Misirdə kilsədə yanğın zamanı 41 nəfər həlak olub

Misirdə kilsədə baş verən yanğın zamanı azı 41 nəfər ölüb.

Operativ.tv  bu barədə Report-a istinadən xəbər verir.

"Misir Kopt Kilsəsi səhiyyə orqanlarına istinadən bildirir ki, Qahirədə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb", - agentlik bildirib.

Kilsəyə 5 min insanın toplaşdığı qeyd edilir. Yanğın başlayandan sonra izdiham yaranıb.

Daha əvvəl yerli media Misirin Giza şəhərində kilsədə baş verən yanğında azı 35 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib.