Mişel Aun: Hizbullah bütün Livan xalqının nümayəndəsidir

“Əl-Cəzirə” telekanalına danışan Livan prezidenti Mişel Aun “Hizbullah” tərəfindən indiyədək Livan torpaqlarında heç bir təhlükəli hadisəsi yaşanmadığını və bunun ölkənin bütün qanun və qaydaları ilə bağlı olduğunu qeyd edib.

Prezident Avn Hizbullahın heç bir xarici şəxsə, o cümlədən Livanı terrorçu elan edən ölkə vətəndaşlarına hücum etmədiyini, Livana gələn bütün əcnəbilərin tam təhlükəsizlik şəraitində olduğunu bildirib. Səudiyyə Ərəbistanı ondan Hizbullaha qarşı hərəkətə keçməsini istəsə də Avn, Hizbullahın Livan xalqının üçdə birinin nümayəndəsi olduğunu, heç bir səhv etmədiyini və Hizbullha qarşı hər hansı bir mənfi addımın Livan tərəfindən qəti şəkildə rədd ediləcəyini bildirib.