Əmir Abdullahiyan: İran kiminsə çevriliş və ya rəngli inqilab edəcəyi yer deyil

“İran kiminsə çevriliş və ya rəngli inqilab edəcəyi yer deyil. Etirazla iğtişaşın fərqi var. İran xalqı (məsələləri) başa düşür.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-ın “NPR” radiosuna müsahibəsində deyib.

İranda son həftələrdə baş verən proseslərlə bağlı sualı cavablandıran Abdullahiyan bildirib ki, kimsə ölkəsində çevriliş və ya rəngli inqilab edə bilməz.

Hüseyn Əmir Abdullahiyan deyib ki, “İran xalqı (məsələləri) başa düşür və iğtişaşla etirazın arasınadkı fərqli bilir.

“İğtişaş və xaos yaradanlarla, habelə xaricin təsirində addım atanlarla qanuna uyğun olaraq rəftar ediləcək”, deyə İran XİN rəhbəri əlavə edib.

O fikirlərini belə davam etdirib: “Əgər ABŞ İran xalqı üçün narahatdırsa, dava-dərman embarqosu səbəbindən minlərlə iranlı uşaq ölüb. Korona zamanı Amerika İrana peyvənd göndərməkdən imtina etdi. O, İrana peyvənd verən digər ölkələrə təzyiq edib ki, İran sanksiyalar altındadır və peyvənd verməsinlər. Amerika rəsmilərinə tövsiyəm budur ki, biz danışıqlar aparırıq və nüvə sazişinə qayıtmaq üçün mesajlar mübadiləsi aparırıq, (son hadislərlə bağlı ümidvar olmayın) indi İranda heç bir mühüm xəbər yoxdur.”