Mingəçevirdə yeni doğulan körpə ölüb

Mingəçevir rayonunda xəstəxanada körpə doğuş zamanı ölüb. Hadisə bu gün səhər saatlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş verib.

 

Ağdam rayonunda qeydiyyatda olan 1990-cı il təvəllüdlü Aliyeva Zamiyə Maarif qızı doğuş üçün xəstəxanaya gətirilib. Doğuş zamanı Z.Aliyevanın körpəsi doğulandan sonra dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.