Mingəçevirdə yaşayış binası yanır

Mingəçevir şəhərində fəhlə yataqxanasının binasında yanğın başlayıb.

Report xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən Texniki Rezin ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanasının binasında baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.