Millət vəkilləri koronavirusla bağlı müayinədən keçiblər

Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.
 
Artıq bir neçə gündür, Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır: "Millət vəkillərinin hamısı test və müayinə olunub. Deputatların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib. Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb”.