"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama

Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünəndən "MilliÖn"ün bir neçə terminalında ödəmə ilə bağlı problem yaranıb.

Məsələ ilə bağlı "MilliÖN" ödəniş sisteminin operator şirkəti olan "Komtec" MMC-nin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva Trend-ə bildirib ki, problem ödəmə terminallarında deyil.

O qeyd edib ki, "MilliÖN" ödəniş sistemində dünən, bu gün heç bir problem olmayıb:

"MilliÖN"dən keçən ödənişlər hamısı uğurlu olub, ödəmədə heç bir çətinlik müşahidə olunmur. Problem banklarla bağlıdır."