Milli Məclisdə Elmar Məmmədyarovun istefası tələb olundu

Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun istefası tələb olunub.
 
Ölkə.az-ın məlumatına görə. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin hücum diplomatiyasına adekvat ola bilmir:
 
"Çox təəssüf edirəm ki, prezident İlham Əliyev tərəfindən müəyyən olunan hücum diplomatiyasına Azərbaycanın xarici işlər naziri adekvat addımlar atmır. Onun Azərbaycan qarşısında ən böyük xidməti o olar ki, öz təşəbbüsü ilə istefaya getmiş olsun". 
 
Milli Məclisin sədri Oqtay Əsədov isə Fəzail Ağamalının istefa çağırışına qısa münasibət bildirib:
 
"Xeyr ola, Ana Vətən Partiyası yapışanda, yalnız xarici işlər nazirindən yapşır?".