Milli Məclisdə Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib. Qeyd edilib ki, komitədə sessiya müddətində “Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.