"Milan" "Liverpul"un hücumçusunu transfer etdiyini açıqladı

Divok Origi "Liverpul"dan ayrılaraq "Milan"a keçib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki. bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Belçikalı forvardla müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Belçikalı 2014-cü ildən "Liverpul"da çıxış edir. Mövsüm bitəndə Origi 17 görüşdə iştirak edib, bu görüşlərdə altı qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-a görə, Originin bazar dəyəri 12 milyon avrodur.

“Milan” ötən mövsüm 86 xalla A Seriyasının qalibi olub. İkinci pilləni 84 xalla Milan “İnter”i tutub. İlk üçlüyü “Napoli” (76) qapayıb.