"Milan" İtaliya A seriyasında çempion olmağı bacarıb

İtaliya A Seriyasında 2021/2022 mövsümünə yekun vurulub.

SalamNews xəbər verir ki, son turda lider "Milan" səfərdə "Sassuolo"nun qonağı olub. Qarşılaşma Stefano Piolinin yerirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 86-ya yüksəldən "Milan" 11 illik fasilədən sonra İtaliya çempionu tituluna yiələnib. Bu, "qırmızı-qaralar"ın ümumilikdə 19-cu çempionluğu olub.

84 xal toplayan "İnter" isə mövsümü ikinci pillədə başa vurub.