Məhəmməd Muradlı Azərbaycanın 27-ci qrossmeysteri kimi tarixə düşüb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçının titulunu rəsmi qaydada təsdiqləyib.

Azərbaycan Şahmat federasiyasından SalamNews-a verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE, eyni zamanda, Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.