Məhəmməd bin Salman: Səudiyyə “Vahid Çin” siyasətinə tam sadiqdir

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman cümə axşamı bildirib ki, Ər-Riyad “Vahid Çin” prinsipinə tam sadiqdir və onun suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqda Pekini dəstəkləyir.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Bin-Salman bunu Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşündə deyib.

Bin-Salman Çin prezidenti Si Tsinpinlə görüşdə deyib: “Səudiyyə Ərəbistanı Krallığı “Vahid Çin” prinsipinə tam və möhkəm sadiqdir, onun suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etməkdə Çini və onun göstərdiyi tədbirləri və səyləri dəstəkləyir. İnsan haqlarının qorunması bəhanəsi ilə Çinin daxili işlərinə xaricdən müdaxiləyə qəti şəkildə qarşı çıxırıq.”

Qeyd edək ki, Çin prezidenti dekabrın 10-dək davam edəcək rəsmi səfər üçün çərşənbə günü Səudiyyə Ərəbistanına gəlib. Burada ərəb dövlətləri, körfəz və Səudiyyə rəshbərliyi ilə zirvə toplantıları keçiriləcək.