“Məhəmməd” adı Britaniyanın ən məşhur adlarından biri oldu

Az.shafaqna.com “Arab News”-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Statistika İdarəsi 2020-ci ildə uşaqlara verilmiş adlarla bağlı statistikanı dərc edib.

Kişi adları arasındakı 4 və 5-ci yerləri, müvafiq olaraq, Nuh və Məhəmməd adları tutub.

Əgər Məhəmməd adından yalnız müsəlman ailələr istifadə edirsə, Nuh adından isə müsəlmanlarla yanaşı müxtəlif dinlərdən olan ailələr də istifadə edir.

Digər məşhur müsəlmanlar adları sırasında isə İbrahim və Yusif də var. Onlar Britaniyada 2020-ci ildə ən məşhur 100 ad siyahısındadır.

Siyahıda ilk 3 yeri isə – Corc, Oliver və Artur adları tutub.