Məhkəmə Poroşenko ilə bağlı qərar verib

Ukrayna məhkəməsi eks-prezident Petro Poroşenkonun azadlıqda qalması barədə qərar verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Kiyevin Peçersk Rayon Məhkəməsi şəxsi öhdəlik əsasında, şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməklə azadlıqda saxlanması barədə qərar verib.

Xatırladaq ki, eks-prezident Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.