MHB üzvünün sabah məhkəməsi keçiriləcək

Müsəlman Birliyi Hərəkatının üzvü Şamil Həsənovun sabah (red- 27 oktyabr) saat 10:30-da məhkəməsi keçiriləcək.

 

Rakurs.tv-nin məlumatına görə, proses Binəqədi Rayon Məhkəməsində baş tutacaq.

 

Xatırladaq ki, iyun ayının 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılan Şamil Həsənov sonradan AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham olunub.

 

Ailəsi və Müsəlman Birliyi Hərəkatı ittihamla razılaşmayıb və Şamil Həsənovun siyasi sifarişlə həbs edildiyini qeyd edirlər.