"Meydan TV"yə haker hücumu olub

İyunun 18-də səhər saatlarında Meydan TV-nin sosial şəbəkə hesablarına hücum olub. 
 
Bu barədə Meydan.Tv-nin redaksiya heyəti açıqlama yayıb. 
 
Məlumata görə, haker hücumu nəticəsində Meydan TV-nin Azərbaycan dilində olan səhifəsindəki bütün paylaşımlar silinib. 
 
Eyni hal "Instagram” səhifəsində də baş verib və aprel ayından sonrakı paylaşımlar silinib.
 
"Hazırda səhifə paylaşımlarının bərpası üçün iş gedir. Narahatlığa görə üzr istəyirik", - açıqlamada deyilir.