Meriya nümayəndələri əhali ilə görüşlər keçirəcək - CƏDVƏL

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü ilə aprelin 24-dən əhali ilə görüşlərə başlanılacaq. 

 

Bu barədə BŞİH-dən məlumat verilib. 

 

Bildirilib ki, paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.

 

Qeyd olunub ki, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunan qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində təşkil olunacaq.

 

Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.

 

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirlərinin yeri və ünvanı aşağıdakı cədvəldə verilib: