Meksikada polis pusquya düşüb: 6 nəfər ölüb, 4 nəfər yaralanıb

Meksikanın şimalında patrul xidməti aparan polisə hücum nəticəsində 6 polis ölüb, 4-ü yaralanıb.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Meksikanın şimalında vəzifə yerinə yetirən polis əməkdaşları pusquya düşüb.
"Təəssüf ki, 6 polisimiz xidməti vəzifəsini yerinə yetirərkən həlak olub" – deyə Nuevo Leon əyalətinin İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatında bildirilib. 
Yerli vaxtla saat 03:00 radələrində Meksika-ABŞ sərhədi yaxınlığında baş verən hücumda 4 polis yaralanıb.
Nazirlik həmçinin bildirib ki, hücum edənlər yüksək çaplı silahlardan istifadə edib və 10 zirehli maşınla hadisə yerindən qaçıblar.