Meksikada otelə silahlı hücum: 11 ölü, 5 yaralı

Meksikanın Selaya şəhərində otelə silahlı hücum nəticəsində 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Operativ.tv Cumhuriyet-ə istinadən verdiyi xəbərə görə, Meksikanın Quanaxuato əyalətinin Selaya şəhərində “Qala” otelinə və yaxınlıqdakı 2 bara silahlı basqın edilib. Hadisə yerinə gələn həkimlər hücumda 11 nəfərin həyatını itirdiyini, 5 nəfərin isə yaralandığını açıqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Şahidlərin bildirdiyinə görə, yerli vaxtla saat 22:00 radələrində baş verən hücumda 15 nəfər otelə və ona bitişik 2 bara basqın edərək çoxsaylı atəş açıb. Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Hücum zamanı otelə qaçan bir şəxs hər şeyin bir neçə dəqiqə ərzində baş verdiyini bildirib. Şübhəlilərin qaçmazdan əvvəl hadisə yerinə molotof kokteyli ataraq atəş açdıqları öyrənilib.