Medvedyev: Rusiya öz şərtləri ilə Ukrayna ilə sülh əldə etməyə çalışacaq

 

Rusiya Ukrayna ilə yalnız öz şərtləri əsasında sülh əldə etməyə çalışacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu "TASS"a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. 

"Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirir və öz şərtlərinə uyğun sülh əldə eməyə çalışır. Məhz öz şərtlərinə uyğun, biz bu barədə açıq danışmalıyıq. Öz şərtlərinə uyğun, Rusiyanın hərbi məğlubiyyətinə susamış beynəlxalq aləmdə keçmiş “tərəfdaşların” bizə sırımağa çalışanlara şərtlərə uyğun yox", deyə Medvedyev bildirib. 

Medvedyev əlavə edib ki, Ukraynadakı “xüsusi əməliyyat” kollektiv Qərbin apardığı rusofob siyasətə “sərt, lakin diqqətlə düşünülmüş” cavabdır. Onun sözlərinə görə, bu səbədən Rusiya öz maraqlarını əlində olan bütün vasitələrlə təmin edəcək. 

O qeyd edib ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında mövqelərini gücləndirmək istəyi qlobal problemə çevrilib.

Medvedyev əmindir ki, 2008-ci il “Gürcüstan təcavüzü” və Ukraynadakı münaqişə “Qərbin Rusiyaya qarşı başlatdığı vahid prosesin təzahürüdür”. 

Gürcüstan və Ukrayna münaqişələrini eyni zəncirin halqaları hesab etmək olarmı sualına siyasətçi belə cavab verib: "Şübhəsiz. Bu, Rusiyaya qarşı yönəlmiş vahid proses və ümumi plandır. Bu, Qərbin, ilk növbədə ABŞ-ın və digər Anqlosakson ölkələrinin ölkəmizdəki vəziyyəti sarsıtmaq istəyindən ibarətdir. Necə? Rusiya sərhədlərinə yaxın qonşular vasitəsilə".

Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanın təcavüzünə qədər amerikalılar Gürcüstan Silahlı Qüvvələrini hazırlayaraq bu ölkənin o vaxtkı prezidenti Mixail Saakaşvilini Cənubi Osetiyaya və Rusiya sülhməramlılarına hücuma sövq edib, indi də ABŞ “eyni təxribatçı siyasəti Ukraynada yürüdür”. 

Eyni zamanda, siyasətçi Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı yeni təcavüzə başlamayacağından əmindir. Medvedyevin sözlərinə görə, indiki Gürcüstan hakimiyyəti bunu yaxşı başa düşür.