Məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - Video

Məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - Video

Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib. 

 

Hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 

 

Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 5000 kvadratmetr ərazi yanğına məruz qalıb. 

 

Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb. 

 

Faktla bağlı araşdırma aparılır. 

Facebook