MBH üzvüləri cərimə olundu

Yanvarın 13-də yaranmasının 7-ci ildönümü qeyd olunan Müsəlman Birliyi Hərəkatının üzvüləri cərimə olunublar. Onlar karantin qaydalarını pozmaqda ittiham ediliblər. Məsələnin maraqlı tərəfi isə cərimə olunanların məhz bir gün sonra sosial şəbəkələrdə yayılan video ilə əlaqədar idarəyə çağırılıb cərimələnmələridir. Hərəkatın ad günü qeyd olunan gecənin video görüntüləri sosial şəbəkələrdə geniş yayılmasından sonra Sabunçu rayonu 14-cü polis bölməsi videoda əks olunanları idarəyə dəvət edərək onları cərimə edib.

Hərəkat üzvüləri isə onlara qarşı davranışı həmişəki qərəz kimi dəyərləndirir. Onlar bu cərimənin iştirakçıların hər birinin 400 manat məbləğındə cərimədə də özünü göstərdiyini bildirirlər. MBH-nin hətta karantin zamanında insanlara maska paylaması belə hakimiyyət tərəfindən qıcıqla qarşılandığını bildirən hərəkat üzvüləri bunun da növbəti eyni davranışın sərgilənməsi kimi qiymətləndirirlər.

Xatırladaq ki, bir qrup Müsəlman Birliyi Hərəkatının üzvüləri yanvarın 13-də Bakıda, fərdi evlərin birində hərəkatın yaranmasının ildönümünü qeyd ediblər.