MBH üzvü həbs olundu

Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev polisə tabesizlik ittihamı ilə saxlanılıb.

 

Rakurs.tv xəbər verir ki, Samir Babayev 1 ay müddətinə inzibati həbs cəzası alıb.

 

Yaxınları vurğulayır ki, Samir Babayev dünən koronavirus əleyhinə Bakı sakinlərinə qoruyucu maska payladığı üçün axşam saatlarında polis bölməsinə çağrılıb və xəbərdarlıq olunduqdan sonra sərbəst buraxılıb.