MBH Tural Abbaslıya başsağlığı verdi

Müsəlman Birliyi Hərəkatı Ağ Partiya sədri Tural Abbaslının qardaşı Teymur Abbaslının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olması səbəbilə başsağlığı mesajı yayımlayıb.

 

Müsəlman Birliyi Hərəkatından daxil olan başsağlığı mesajını olduğu kimi təqdim edirik:

 

"Şəhidləri tarix deyil, tarixi şəhidlər yazır, öz pak qanları ilə. Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda günlərdir sürən savaş, xalqımıza sevinc bəxş etdiyi kimi bu sevinci qanadlarında daşıyan şəhidlərin ayrılıq nisgini ağrısız deyil. Hər bir şəhid xalqın inanc yeri, hər döyüşən əsgər Azərbaycanın döyünən ürəyidir.
Bu gün şəhid karvanına Azərbaycanın daha bir dəyərli oğlu Teymur Abbaslı da qoşuldu. O da Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadət şərbəti içərək ölümsüzlər zirvəsinə yüksəldi.
Zabit Teymur Abbaslının şəhadəti ilə bağlı qardaşı Ağ Partiya sədri Tural Abbaslıya və bütün yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan şəhidlərimizə rəhmət diləyirik. Allah rəhmət eləsin".