MBH 20 yanvar ümumxalq hüzün günü ilə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar olaraq bəyanat yayıb.

 

Hərəkatın mətbuat xidmətinin yaydığı bəyanatda vurğulanır:

 

"Şəhid : Yüksək amal, məslək, əqidə yolunda həlak olan, canını fəda edən şəxs.

Artıq yüz illiklərdir ki, xalqın varlığında formalaşan şəhidlik məfhumu dünya mədəniyyətlərində “həlak olan”, “öldürülən” mənalarından fərqlənir. İslamın gəlişi ilə dünyaya doğan “şəhidlik”-əbədilik, ölümsüzlük, hər iki dünyanın mübarək sakini mənasını daşıyan bu söz pak amal uğrundan öldürülən şəxsə verilən ən ali qiymət idi. İslamdan əvvəl və sonra da əqidəsi uğrunda öldürülən şəxsə belə bir ali dəyər verən ideoloji məktəb olmayıb. Quranın bu mövzuda yanaşması ezcazkardır: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz ” (Bəqərə 154) və ya “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur ” (Ali İmran 169) Allah onları diri adlandırmaqla şəhidi , dünyanın insan gözünə pərdə saldığı halda görə bilmədikləri həqiqətləri görən, onların varlığına şahid olan insan kimi tanıdır. Məhz buna görə də şəhid-şahid olan mənasındadır. Milli ruhumuza köklənən şəhidlik xalqımızın mənimsədiyi ali dəyərlərindəndir. Zaman-zaman mübarizə məktəbimizin şanlı şəhidləri vətən, millət, din, qeyrət və sair müqəddəs amallar uğrunda mübarizə aparmış, bu ölümsüz adın həqiqi simasına çevrilmişlər. Heç təsadüfi deyildir ki, Azərbaycanın müxtəlif yerlərində şəhidlərə qoyulmuş abidələr onların ruhuna verilən dəyərin təcəssümüdür. Bakıdakı “Şəhidlər” xiyabanı isə ali məsləkin təkcə tarixini deyil, millətin belə əbədiyaşar məşhəl olmasının göstəricisidir. Bu millət şəhidini hər zaman sevgi, ehtiramla anıb və şəhidlərini inam, inanc yeri olaraq yaşadacaqda.

Bu gün azadlıq, müstəqillik qurbanları olan “20 Yanvar” şəhidlərinin anım günüdür. Azərbaycanın cümhuriyyət carçıları olan “20 Yanvar” şəhidləri öz pak amalları uğrunda şirin canlarını qurban verməklə şəhadət zirvəsinə yüksəldilər. Şəhadət və şəhidlik bir millətin əsarət zəncirlərinə alınmaması, şərəfli, azad bir cəmiyyətin formalaşması deməkdir. Onlar ölümsüzlük qazanaraq xalqın əbədiyaşar məşhərinə çevrildilər. Xaqımız onların fədakarlıqlarını ehtiramla anır və şəhidlərimizin uca ruhu önündə baş əyir. Bu gün şəhidlik məktəbinin ehtiramı sabah müstəqil Azərbaycanın qarantı olmaqla yanaşı işğal altında olan torpaqlarımızın da azad oluması deməkdir.

“Müsəlman Birliyi” Hərəkatı olaraq biz də şəhidlərimizə Allahdan rəhmət diləyir və şəhidlər sərvəri İmam Hüseynin (ə) pak amal davamçıları olan bu dəyərli şəxsiyyətlər qarşısında baş əyirik. Ruhunuz şad olsun şəhidlər!

MBH İdarə heyəti

19.01.2020"